28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Azarkeşlərsiz bizə çox çətin olardı"

"Neftçi”nin kapitanı Ruslan Abışov klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, Abışov komandasının avrokuboklardakı şanslarını dəyərləndirib:
 
- Təlim-məşq toplanışını necə dəyərləndirirsən?
- Hər şey yaxşıdır. Hazırlaşırıq, məşq edirik. Bəzi məşqlərimiz ağır keçsə də, əsas odur tolanışı zədəsiz başa vuraq. İyulun 12-də Macarıstanın "Uypeşt” klubu ilə Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək oyuna hazır olmalıyıq.
 
- Yeni transferlər özlərini necə göstərirlər? Komandaya uyğunlaşıblarmı?
- Məncə, Baqali Dabo, Dario Frederiko və Slavko Braliç artıq komandaya uyğunlaşıblar. Qoran Paratski ilə Kvame Karikarinin adaptasiyası üçün isə bir az zamana ehtiyac var. Onlar tez bir vaxtda komandaya kömək edə biləcəklər. Tural Axundovla Rəşad Eyyubova gəlincə, onlar komanda üzvlərini yaxşı tanıyırlar. Sanki neçə illərdir bir komandada oynayırıq.
 
- Yoxlama oyunları barədə nə deyə bilərsən? Səncə, baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirə bildizmi?
- Düzdür, hazırlıq matçlarında hər şey tamam başqa cür olur. Bununla belə, baş məşqçinin bizdən tələb etdiklərini meydanda göstərməyə çalışırıq. Bugünkü oyunda rəqibimiz əvvəlkilərlə müqayisədə daha güclüdür. Buna baxmayaraq, yaxşı oynamalıyıq. Məşqçinin tapşırıqlarını maksimum yerinə yetirməliyik ki, artıq "Uypeşt”lə görüşdə çətinlik çəkməyək.
 
- Kapitan olaraq azarkeşlərimizə nə demək istərdin?
- Azarkeşlərsiz bizə çox çətin olardı. Onların dəstəyini meydanda hər zaman hiss etmişik. "Neftçi” çoxdandır avrokuboklarda oynamır. İnanıram ki, azarkeşlərimiz iyulun 12-də tribunaları dolduracaqlar. "Uypeşt”lə ilk oyunda onların dəstəyi sayəsində yaxşı nəticə qazanmaq istəyirik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31