20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Astana"nın prezidenti: "Almeyda "Qarabağ"ın heyətində böyük təcrübə qazanıb"

"Astana"nın prezidenti Sayan Həmidcanov yeni transferləri Riçard Almeydanın keçidi haqda danışıb.
 
Futbolxeber.az saytının məlumatına görə, klub rəhbəri millimizin üzvünü çoxdan izlədiklərini və ondan çox şey gözlədiklərini bildirib:
 
"Almeyda Azərbaycanın ən güclü klubu olan "Qarabağ"ın lideri idi. Biz onu çoxdan izləyirdik. O, "Qarabağ"ın heyətində avrokubokların qrup mərhələsində oynayıb və böyük təcrübə qazanıb və "Çelsi", "Atletiko", "Roma", "Tottenhem", "Monako" və "Anderlext"ə qarşı çıxış edib. Almeyda həm pleymeyker, həm də yarımmüdafiənin mərkəzində çıxış edə bilir.
 
Hücumlarda effektli oynayır, son nöqtəni qoymaq bacarığına sahibdir. Qazaxıstan futboluna qısa zamanda uyğunlaşacağına inanırıq. Roman Qriqorçuk da bir müddət Azərbaycanda işləyib və Almeydaya yaxşı bələddir. Almeydanın yüksək bacarığı və təcrübəsi bizə hədəflərimizə çatmağa kömək edəcək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30