25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Qəbələ" afrikalı ilə anlaşdı

2018/19 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.
 
Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” toqolu futbolçu Lalavele Atakoranı heyətinə qatıb. 28 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
 
19 yaşından Avropada legioner həyatı yaşayan Atakora 2009-cu ildə Norveçin “Fredrikstad” klubuna keçib. 2009-10-cu illərdə bu klubda çıxış edən yarımmüdafiəçi İsveçdə “Varnamo” (2010), AİK (2011-14) və “Helsinqborq”un (2015-2016) formasını geyinib. O, AİK-in heyətində UEFA Avropa Liqasında 9 oyun keçirib. 2013/14 mövsümündə Türkiyədə “Balıkəsirspor”un formasını geyinən Lalavelenin son komandası da qonşu ölkədə olub. Atakora ötən mövsüm “Adana Dəmirspor”un heyətində ümumilikdə 33 qarşılaşmada 3 qol vurub.
 
Milli komanda ilə 2007-ci ildə Toqoda keçirilən 17 yaşadək futbolçular arasında Afrika çempionatında iştirak edən Atakora turnirin gümüş mükafatını qazanıb, həmçinin ən yaxşı futbolçusu seçilib. O, Toqo yığmasının heyətində həmin il təşkil olunan yeniyetmələrin dünya çempionatına da qatılıb. 2008-ci ildə Toqonun ən yaxşı gənc futbolçusu adına yiyələnən yarımmüdafiəçi 2011-ci ildə ölkəsinin əsas milli komandasında debüt edib. Lalavele bu komandada 13 oyunda 1 qol vurub.
 
Xatırladaq ki, “Qəbələ” bunadək albaniyalı müdafiəçi Sabien Lilay və nigeriyalı hücumçu Ceyms Adeniyi ilə müqavilə bağlayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30