24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Yığma komandamız məğlub oldu

Bakıda təlim-məşq toplanışını davam etdirən 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.
 
Futbolxeber.az saytının verdiyi məlumata görə, "Keşlə"nin əvəzedici komandası ilə üz-üzə gələn U-16 0:1 hesabı ilə məğlub olub.
 
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Azər Məmmədov oyun barədə fikirlərini AFFA-nın rəsmi saytına açıqlayıb: “Çalışırıq ki, futbolçularımız özlərindən yaşca böyüklərlə qarşılaşsınlar. Bundan öncə U-17 ilə üz-üzə gəlmişdik. Düzdü, həm əvvəlki, həm də bu oyunda məğlub olduq. Amma bizi indi nəticə maraqlandırmır. Əsasən, futbolçularda xarakter, mübariz keyfiyyətləri görmək istəyirəm. Futbolçular hər iki oyunda bu baxımdan özlərini yaxşı tərəfdən göstərdilər. Bu gün rəqibin üzvləri futbolçularımızdan 4-5 yaş böyük olsa da, hamısından razı qaldım. Komandanın oyunu məni sevindirdi. Bu komanda ilə gələcəyə nikbin baxmaq olar. Təbii ki, çatışmayan cəhətlər də var və o yöndə çalışacağıq. İyulun 4-də  “Sabah”ın əvəzedici komandası ilə qarşılacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30