26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Peşəkar Futbol Liqası 10 yaşında

Azərbaycan Peşəkar Futbol Liqasının 10 yaşı tamam olur.
 
Futbolxeber.az saytının məlumatına görə, Ramin Musayevin rəhbərlik etdiyi təşkilat 2008-ci ildə yaradılıb.
 
Topaz Premyer Liqasını, I divizionu və Azərbaycan Kubokunu təşkil edən qurumun yaradılmasından sonra ölkə çempionaına bir sıra yeniliklər gətirilib. Bu qurumun fəaliyyətə başlamasından sonra Premyer Liqa UEFA reytinqində yüksəlib, əvəzedicilərin çempionatı bərpa olunub, hər il Azərbaycan Kubkunun finalı möhtəşəm şouya çevirilir. 9 il əvvəl UEFA reytinqində 42-ci olan çempionatımız indi 23-cü yeri turur.
 
Azərbaycan klublarının avrokuboklardakı ən böyük uğurları da PFL-in fəaliyyət dövrünə təsadüf edir. Bu müddətdə "Qarabağ" Çempionlar Liqasının, "Neftçi" və "Qəbələ" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla azarkeşləri sevindirib. 
 
Futbolxeber.az saytı PFL-i 10 illik yubileyi münasibəti ilə təbrik edir, qurumun bütün əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzu edir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30