20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Dabo: "Adaptasiya asan keçir"

"Neftçi”nin yeni transferi Baqali Dabo "Neftçi” TV-yə açıqlama verib.  

Futbolxeber.az saytının məlumatına görə, fransız hücumçu təlim-məşq toplanışını dəyərləndirib:

"Təlim-məşq toplanışımız ağır keçir. Zarafat edirəm. Normal keçir. Yeni baş məşqçi və yeni fiziki hazırlıq üzrə məşqçidən yeni şeylər öyrənirik. Bildiyiniz kimi, onlar İtaliyadandırlar. Məncə, hamıya məlumdur ki, italiyalılar təlim-məşq toplanışını necə keçirlər. Biz də bununla burada tanış olduq. Ağır və ya yüngül keçdiyini deyə bilmərəm. Məşqlərimiz orta yüklənmə ilə davam edir. Bir müddət sonra komandamız daha da yaxşı formada olacaq. Adaptasiya prosesi mənim üçün yaxşı keçir.

Çünki bir çox futbolçunu əvvəldən tanıyırdım. Bakının müxtəlif yerlərində onlarla tez-tez üzbəüz gəlmişik. Birlikdə oyunlara baxmışıq və yaxud restoranlarda qarşılaşmışıq. Azərbaycan çempionatının oyunlarında bir-birimizə qarşı çox çıxış etmişik. Çoxunu oradan tanıyıram. Ona görə də adaptasiya asan keçir. İlk oyuna gəldikdə isə bir az yorğunluq var idi. Məncə, bu normaldır. Artıq bir müddətdir hazırlaşırıq. Fikrimcə, vaxt keçdikcə özümü daha da yaxşı tərəfdən göstərə biləcəm. İlk görüşdəki yorğunluğa baxmayaraq qələbə qazandıq. Mənə elə gəlir ki, pis oynamadım. Amma bunu məşqçi daha yaxşı bilər. İlk oyun üçün hər şey yaxşı idi”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30