29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Neftçi" ilk oyunda sərfəli nəticə qazanmalıdı ki, səfərdə rahat oynasın"

“Neftçi”nin keçmiş futbolçusu Ramazan Abbasov Futbolxeber.az saytına açıqlama verib. O, sabiq komandasının Avropa Liqasındakı şanslarını dəyərləndirib: “Avrokuboklarda hər zaman çətindi oynamaq. “Neftçi”nin rəqibi olan “Uypeşt” də pis komanda deyil. Amma “Neftçi” avrokuboklarda uğurlu çıxış etmək istəyir. Buna görə də məncə, “Uypeşt” səddini keçmək üçün sona qədər mübarizə aparacaq. “Uypeşt” keçiləsi rəqibdi. İlk oyunda sərfəli nəticə əldə etmək lazımdı ki, Macarıstanda rahat oynasınlar. “Sevilya” isə başqa səviyyədi. Amma onlara qarşı da sona qədər mübarizə aparacaqlarını düşünürəm”.

O, komandaya yeni cəlb olunan oyunçular və baş məşqçi dəyişikliyinə də münasibət bildirib: “Düzünü desəm, Tərlan Əhmədovun gedəcəyini gözləmirdim. Çünki hardasa uğur qazanmışdı, ən çətin vəziyyətdən komandanı çıxararaq, üçüncü pilləyə yüksəltmişdi. Roberto Bordinin necə olacağını zaman göstərəcək. Məncə, yerli məşqçilərimizə daha çox güvənmək lazımdı.

“Qarabağ” demək olar ki, neçə illərdi asanlıqla çempion olur. Rəqabət çox aşağı səviyyədədi. Bundan sonra da daha bir neçə il “Qarabağ”ın çempion olacağına inanıram”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31