29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

"Keşlə" "Traktorsazi" ilə qarşılaşacaq

Bakı toplanışını başa vuran “Keşlə” Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununa hazırlığını davam etdirmək məqsədilə bu gün Türkiyəyə yollanıb.
 
Futbolxeber.az saytının məlumatına görə, paytaxt klubu Kızılcahamam vilayətindəki “Patalya” otelində məskunlaşıb. Komanda sabah səhər ilk məşqə çıxacaq. İyul ayının 10-dək davam edəcək təlim-məşq toplanışında “Keşlə” 3 yoxlama matçı keçirməyi planlaşdırır. Komanda ilk yoxlama matçını Bolu vilayətində Bosniya və Herseqovinanın "Çelik” (Zeniça) komandasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
 
İkinci yoxlama matçında rəqib “Levadiya” komandası olacaq. Estoniya təmsilçisilə qarşılaşma Bakı vaxtı ilə 17:00-da başlayacaq.
 
Toplanış çərçivəsində son yoldaşlıq matçı iyulun 6-da keçiriləcək. Bu dəfə komanda İranın “Traktorzasi” komandası ilə üz-üzə gələcək. Oyunun başlanma vaxtı barədə əlavə məlumat veriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31