19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Qarabağ"la matçda yeni sistemi sınaqdan keçirdim"

"Müdafiədə kifayət qədər kompakt və səhsiz oynadıq".
 
Futbolxeber.az-ın Avstriya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Vakker İnsbruk" klubun baş məşqçisi Karl Daksbaxer dünən "Qarabağ"la keçirdikləri yoxlama oyunu haqda danışarkən deyib. Qolsuz heç-heçə ilə başa çatan qarşılaşmanı dəyərləndirən mütəxəssis "Qarabağ"ın güclü komanda olduğunu bildirib:
 
"Qarabağ" güclü komandadır. Onların fərdi keyfiyyətləri yüksək olan hücum oyunçuları var. "Qarabağ"la matçda yeni sistemi sınaqdan keçirdim. Tənqid etməli nəsə varsa, o da hücum xəttidir. Komandam ön xətdə inamsız təsir bağışladı. Amma bu, məni narahat etmir. Patrik Elerin qayıdışı bizə güc qatacaq. Praktikası az olsa da, bir neçə təhlükəli vəziyyət yarada bildi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30