19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Erməni forvard "Qəbələ" ilə oyun üçün Azərbaycana gələcək?

"Proqres" Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ" ilə keçirəcəyi səfər matçında erməni əsilli futbolçusu Aleksandr Karapetyanın xidmətindən yararlanmayacaq. 
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə Niderkorn komandasının meneceri Tomas Gilgemann açıqlama verib.
 
Gilgemann bu qərarı təhlükəsizlik məqsədi ilə və Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar qəbul etdiklərini bildirib:
 
"Karapetyan Azərbaycana səfərdən azad edilib. Onun fiziki forması qaydasında olsa da, özü Dağlıq Qarabağ münaqişəsi üzündən Qəbələyə getmək istəmir. Digər tərəfdən, klub olaraq, oyunçularımızı qorumaq borcumuzdur. Onları riskə atmaq istəmirik".
 
2015-ci ildə Almaniyanın "Borussiya" (Dortmund) komandasının və Ermənistan milli komandasının futbolçusu Henrix Mxitaryan da eyni səbəbdən, "Qəbələ" ilə Avropa Liqasının qrup mərhələsinin oyunu üçün Bakıya gəlməyib.
 
Aleksandr Karapetyan 1987-ci ildə Gürcüstanda doğulsa da, uşaq yaşlarında valideynləri ilə birgə Almaniyaya köçüb. Ötən mövsüm 29 qolla "Proqres"in bombardiri olan hücumçu 2014-cü ildə Ermənistan yığmasının heyətində 2 oyuna çıxıb.
 
"Proqres"lə ev oyunu iyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlanacaq. Cavab oyunu isə iyulun 19-da Lüksemburqun "Düdelanj" stadionunda təşkil olunacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30