20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Qəbələ»yə yeni uğurlara imza atmaq üçün gəlmişəm”

Mövsümlərarası fasilədə “Qəbələ”nin heyətinə qatdığı Ceyms Adeniyi keçidinə münasibət bildirib.

Futbolxeber.az-ın məlumatına görə, 26 yaşlı nigeriyalı hücumçu 3 illik müqaviləyə imza atdıqdan sonra gabalafc.az saytına açıqlama verib: “Qəbələ”yə keçdiyim üçün çox şadam. Mən yüksək hədəfləri olan futbolçuyam. Yeni klubuma keçidimdə məqsədim bu hədəflərimə çatmaqdır. “Qəbələ”yə yeni uğurlara imza atmaq üçün gəlmişəm”.

Adeniyi “qırmızı-qara” forma ilə UEFA Avropa Liqasında uğurla çıxış etmək niyyətində olduğunu bildirib: “Yeni komandamın UEFA Avropa Liqasında mübarizə aparacağı və turnirdə müəyyən hədəflərinin olmasından xəbərdaram. Bilirəm ki, “Qəbələ” əvvəlki mövsümlərdə avrokuboklarda müəyyən uğurlar qazanıb. Bu dəfə bacardığımız qədər irəliləməyi, əvvəlki uğurlardan daha yaxşı nəticə göstərməyimizi istəyirəm. Bunun üçün də səy göstərəcəm”.

Komanda barədə məlumatlı olduğunu vurğulayan Ceyms azarkeşlərə də müraciət edib: “Qəbələ”yə keçməzdən öncə klub haqda məlumat toplamışam. Əvvəllər yoxlama oyunu zamanı bu komanda ilə üz-üzə də gəlmişəm. “Qəbələ”  haqqında yalnız xoş sözlər eşitmişəm. Ona görə də indi məhz burdayam. Azarkeşlərə də demək istəyirəm ki, daim yanımızda olsunlar. Bacardığımın ən yaxşısını ortaya qoymağa çalışacağam. Onlara da öncədən təşəkkür edirəm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30