20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Qurban Qurbanov hər şeyi yaxşı bilir"

“Qarabağ” hər bir rəqibə qarşı necə oynamaq lazım olduğunu yaxşı bilir”.

Bunu Futbolxeber.az saytına açıqlamasında Vüqar Nadirov deyib.

Müxtəlif illərdə olsa da, üst-üstə 11 il “Qarabağ” forması geyinmiş Nadirov onun üçün doğma sayılan komandanın Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki şanslarını dəyərləndirib. Onun fikrincə, Ağdam klubu “Olimpiya” səddini də ikinci mərhələni də keçə biləcək. Nadirov “Qarabağ”ın qarşıdakı mövsüm üçün də Çempionlar Liqasının qrup mərhələsində oynayacağına inandığını dilə gətirib: “Qarabağ”da stabillik var. Baş məşqçi Qurban Qurbanov hər şeyi gözəl bilir.

O, nəyi necə etmək lazım olduğunu bilir. Düzdü, rəqiblər asan deyil. “Olimpiya” olsun, ikinci mərhələdəki potensial rəqiblər olsun, hamısı yaxşı komandalardı. Ancaq bir şey var ki, “Qarabağ” daha yaxşı komandadı. Fikrimcə, “Qarabağ” qruplara qala biləcək. Təbii ki, bunu hamımız istəyirik, hamımız inanırıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30