29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Avropa Liqasında rəqiblər var ki, biz özümüz onlar üçün autsayder sayılırıq" - MÜSAHİBƏ

“Keşlə” Avropa Liqasının birinci təsnifat mərhələsində “Balzan” klubu ilə qarşılaşacaq. Artıq bakılılar məşqlərə başlayıb. Komandanın aparıcı oyunçularından olan Tərlan Quliyev Futbolxeber.az saytına müsahibə verib:
 
- Artıq məşqləriniz başlayıb. Komandanın məşqləri necə keçir, vəziyyət nə yerdədi?
- Bir həftədi ki, məşqlərimiz başlayıb. Fiziki planda məşqlərimiz oldu. Komandada ab-hava yaxşıdı. Sabah da Ankaraya uçacağıq. Təlim-məşq toplanışı orada davam edəcək.
 
- Mətbuatda yazılan xəbərlərə görə maaşlarınız verilmir. Bu həqiqətdi? Kollektivdəki atmosferə necə, təsir etmir?
- Maaşlarımız verilmir? Bu məsələsini birinci dəfədi ki, sizdən eşidirəm. Belə bir şey yoxdu. Gələn aydan almalıyıq maaşlarımızı.
 
- Komanda hələ ki, Amil Yunanov transferi ilə az da olsa diqqət çəkə bilib. Necə düşünürsən, Yunanov hücum xəttini gücləndirə biləcək oyunçudu?
- Əlbəttə ki, hücum xəttini gücləndirməyə ehtiyac var. Çünki Avropa Liqasında bizi olduqca çətin oyunlar gözləyir.
 
- Püşkatma “Keşlə”ni “Balzan”la üz-üzə qoydu. Demək olar ki, püşkatmada bəxtiniz gətirdi, yoxsa güclü rəqiblə düşdüyünüzü düşünürsən?
- Bəxtimizin gətirdiyini deməzdim. Çünki potensial rəqiblər arasında Moldova komandası da var idi. Hər şey ola bilər, hazırlaşıb qələbələr qazanmaq lazımdı.
 
- Çoxları düşünür ki, favorit məhz “Keşlə”di. Malta klubunu necə keçə bilərsiz?
- Ötən mövsüm çempionatın sonlarında göstərdiyimiz oyunları bir az da təkmilləşdirsək, inanıram ki, “Balzan”ı keçə bilərik.
 
- Ötən mövsüm gözlənilməz şəkildə Lüksemburq təmsilçisi “Fola” səddinə ilişdiniz. Bu dəfə necə, belə bir şeyin olmaması üçün nə etmək lazımdı?
- Ötən mövsüm ağır “Mladost” səddini keçmişdik. Hər şey qaydasında idi. “Fola”nı da Bakıda məğlub etdik. Sadəcə səfərdə heçnədən qollar buraxdıq. Onları bu mövsüm təkrar etmək olmaz.
 
- "Balzan” klubu illər əvvəl “Neftçi” ilə qarşılaşmışdı. “Neftçi” “Balzan” səddini çətinliklə keçmişdi. Həmin oyunu xatırlayırsan?
- Düzünü desəm, yox, xatırlamıram. Hər bir rəqibə hörmətlə yanaşmaq lazımdı. Çünki biz Avropa Liqasında özümüz də rəqiblər var ki, onlar üçün autsayder sayılırıq.
 
- "Keşlə” ilə yanaşı “Qəbələ” “Proqress”, “Neftçi” isə “Uypeşt”lə oynayacaq. Necə düşünürsən, “Qarabağ” da daxil olmaqla hər bir təsmilçimiz birinci mərhələni keçə bilər?
- Əlbəttə, keçə bilər. Ancaq bu il transferlərinə görə ən çox fərqlənən “Neftçi”di. Bütün klublarımıza avrokuboklarda uğurlar arzu edirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31