19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Neftçi"nin "Sevilya" ilə oyunlarda şansı yoxdu"

"Neftçi"nin "Sevilya" ilə oyunlarda şansı yoxdu, çünki İspaniya komandası xeyli üstündü". 
 
Futbolxeber.az saytının məlumatına görə, bunu "Neftçi"nin sabiq futbolçusu Antonio Salas Quinta "Estadio Deportivo" nəşrinə açıqlamasında deyib.
 
2015-2016 mövsümündə burda çıxış edən Anyete "Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsində Macarıstan "Uypeşt"ini üstələyəcəyi təqdirdə, "Sevilya" ilə oyunlarda kağız üzərində şansının olmadığını bildirib.
 
Bununla belə, 33 yaşlı hücumçu futbolda hər şeyin mümkünlüyünü vurğulayıb: "Məsələn, "Qarabağ" Çempionlar Liqasında "Atletiko"ya qarşı yaxşı oyunu ilə diqqətləri cəlb etdi.
 
"Neftçi"nin də yaxşı oyunçuları var, maddi cəhətdən güclü komandadı. Ötən mövsüm İqnasio Errera kimi yaxşı yarımmüdafiəçiləri var idi. Amma hazırda nəyə qadir olduqlarını bilmirəm. Çünki yeni transferlərindən xəbərsizəm". 
 
Anyete doğulduğu şəhərin komandasına səfər və ya isti hava amillərinin mümkün təsirinə də toxunub: Fikrimcə, "Sevilya" Bakıya çarter reysi ilə yollanacaq.
 
Bu səfər üçün 5 saatlıq yol lazım gələcək. Əks halda, "Sevilya" əvvəlcə İstanbuladək, oradan isə Bakıya uçmalıdı. Hər iki şəhərə uçuş müddəti təqribən eynidi". 
 
Təcrübəli forvard "Neftçi" ilə səfər matçının 2018-2019 mövsümündə Avropa Liqasının final matçının keçiriləcəyi Bakı Olimpiya Stadionunda təşkil olunacağına inanmadığını söyəyib. Onun sözlərinə görə, "ağ-qaralar"ın müasir və gözəl stadionu var.
 
Anyete "Neftçi"dəki karyerasının zədə üzündən istədiyi kimi alınmadığını da diqqətə çatdırıb: "Bu komandaya qoşulanda yaxşı formada idim, qollar vururdum. Lakin sonradan zədələndim.
 
Bərpa müddətim 3 ayadək çəkdi. Yaxşı komandamız var idi. Azərbaycan Kubokunda finaladək irəliləyərək, Avroliqaya vəsiqə qazanmışdıq. Azərbaycan karyeramı xüsusi qeyd edərdim. Çünki başqa bir mədəniyyət gördüm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30