20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Azərbaycan yığmasından təklif gələndə çox təəccüblənmişdim" - MÜSAHİBƏ

U-21 yığmamızda çıxış etdiyi vaxtlarda daima kobud səhvlərilə yadda qalan Mustafa Özhitay sonradan yığmaya dəvət edilmədi. Futbolxeber.az saytının məlumatına görə, türkiyəli qolkiper bir neçə gün öncə Almaniya mətbuatına müsahibə verib. Transfermarkt.de saytına danışan Özhitay yığmamızdakı çıxışından da söb açıb:
 
- Necə oldu ki, AFFA sizə təklif göndərdi?
- “Lutse”də oynayanda məşqlərin birindən öncə baş verdi. Mənə dedilər ki, "AFFA sənə Azərbaycanın U-21 yığmasında oynamağı təklif edib". Bunu eşidəndə çox təəccüblənmişdim. Bununla bərabər sevincli idim.
 
- Azərbaycana yollananda sizi nələrin gözlədiyini bilirdiz?
- Bu barədə nəsə demək çətindi. Azərbaycan haqda məlumatım az idi. Ancaq orada olanda sadəcə olaraq çox gözəl təəssüratlarım oldu.
 
- Azərbaycan himni səslənəndə bəs hansı emosiyalarınız var idi?
- Mən hər zaman Türkiyə yığmasında oynamağı xəyal etmişəm. Azərbaycan yığmasındakı oynamağım belə bu xəyalımı azaltmamışdı. Millidə oynamaq başqa hislərdi. Ailəm mənim oyunuma baxmaq üçün nə qədər yol qət etmişdilər. Onlar da mənimlə fəxr edirdi. Karyeramın ən gözəl hadisələrdən biri idi. 
 
- Almaniya ilə beş həftədə iki dəfə qarşılaşdınız və iki oyuna oyuna 13 qol buraxdınız. Bu görüşləri necə xatırlayırsınız?
- Bilirdim ki, Almaniyaya qarşı oyunlar çox ağır olacaq. Çünki almanlar taktiki cəhətdən güclüdü, amma oyun onlar üçün asan alındı. İki oyuna görə 13 qol buraxmağımız təbii ki, əsəbləşdirir adamı. Biz komanda kimi işləyə bilmədik.
 
- Millidə olduğunuz müddətdə sizin üçün əsas təcrübə nə oldu?
- Mən başa düşdüm ki, klubunda oynamadan millidə oynamaq çox çətindi. Psixoloji cəhətdən də çətindi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30