29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Neftçi"nin növbəti rəqibi rumınlar olacaq

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” hazırlığa ara vermədən davam edir.
 
Futbolxeber.az saytının məlumatına görə, ilk yoldaşlıq görüşündə Makedoniyanın "Şkupi” kollektivini 2:0 hesabı ilə məğlub edən komanda bu gün istirahət etmədən iki məşqə çıxıb.
 
Səhər məşqində yüngül qaçış və isinmə hərəkətlərindən sonra yoxlama oyununda əsas heyətdə meydana çıxan futbolçular fiziki hazırlıq üzrə məşqçi Andrea Mezzunun rəhbərliyi altında komandadan ayrı hazırlıqları davam etdirib. Digər qrup isə taktiki çalışmalardan ibarət ikitərəfli oyunla məşqi tamamlayıb.
 
Roberto Bordinin yetirmələri axşam məşqində isə fiziki ağırlıqlı tapşırıqları yerinə yetirdikdən sonra 3 qrupa bölünərək taktiki-texniki təmrinlərlə toplanışın 3-cü gününü tamamlayıb. Məşqlərdə toplanışda iştirak edən bütün futbolçular iştirak edib.
 
Iyulun 6-na qədər qardaş ölkədə hazırlıqları davam etdirəcək "Neftçi”, sabah da iki məşqə çıxacaq. Komanda iyunun 28-də növbəti yoxlama görüşü keçirəcək. Rəqib isə Rumıniyanın "Dunarea Kalarası” klubu olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31