29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Qarabağ" "Lans"dan futbolçu alır

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” növbəti transferini gerçəkləşdirib.
 
Futbolxeber.az-ın Fransa mətbuatına istinadən yaydığı verdiyi məlumata görə, Ağdam klubu “Lans”ın 26 yaşlı hücumameylli yarımmüdafiəçisi Abdulla Zoubiri heyətinə qatıb. Mərakeş əsilli fransız futbolçu ilə müqavilənin müddəti barədə Ağdam klubunun bu gün açıqlama verəcəyi gözlənilir.
 
Fransa mətbuatının iddiasına görə, “Qarabağ” “Lans”la 2019-cu ilə qədər müqaviləsi olan Zoubirə görə qarşı tərəfə 1 milyon avro təzminat ödəyəcək.
 
Fransada “Lans”dan əvvəl “Qrenobl”, “İstr” klublarının da formasını geyinən hücumameylli yarımmüdafiəçi Şotlandiyada “Hibernian” və Rumıniyada “Petrolul” komandalarında çıxış edib.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31