20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Sənan Qurbanov: “Elə oyun üslubu seçmişdik ki, futbolçularımız az qaçsınlar”

“Qəbələ” Sloveniyada təşkil olunan təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, Albaniyanın “Kukesi” klubu ilə matçdan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanov qarşılaşma barədə fikirlərini gabalafc.az-a açıqlayıb:

“Kukesi” yetərincə ciddi rəqib idi. Məlumat toplamaq üçün yaxşı qarşılaşma oldu. Matçdan öncə yaxşı məlumat yığacağımıza ümid edirdik. Sloveniya toplanışına 3 gün öncə başladığımızı nəzərə alsaq, bu oyundan, xüsusilə də ikinci hissədən razı qaldım.

Fiziki hazır olduğumuzu deyə bilmərik. Buna görə də elə oyun üslubu seçmişdik ki, futbolçularımız az qaçsınlar, topla davransınlar, sıx oynasınlar. “Kukesi” ilə qarşılaşmada oyunçuların buna cəhd etdiklərini görə bildim. Demək olar ki, futbolçular düz yoldadır.

Matçdan istədiklərimi aldım. Oyunu analizi edəcəyik. Toplanışa onun üçün gəlmişik ki, səhvlərimizin üzərində işləyək. Futbolçulardan oyunlar zamanı aldıqlarımızı daha da çoxaltmaq istəyirik”.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30