29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Qrupun favoriti Azərbaycandı"

Millətlər Liqasında Azərbaycan yığması ilə yanaşı qrupda Malta, Farer adaları və Kosova yığması da yer alıb. Qrupun əsas favoritlərindən biri də məhz Kosova yığmasıdı. Bu millinin əsas hücumçularından olan Vedat Murigi Futbolxeber.az saytına müsahibə verib.
 
- Azərbaycanla matça az zaman qalıb. Demək olar ki, indi Azərbaycan millisi haqda daha çox məlumata sahibsiniz?
- Azərbaycanı analizlərdən tanıyırıq. Məşqçilərimiz bu komandanı analiz edir. Nə qədər güclü rəqib olduğunu artıq bilirik.
 
- Azərbaycan millisi Kosova üçün çox güclü rəqibdi?
- Bəli, Azərbaycan çox güclü rəqibdi. Məncə, qrupun favoriti elə Azərbaycandı. Ancaq biz də heç kimdən çəkinmirik. Ona görə də hərşeyimizi meydanda qoyacağıq ki, Azərbaycanla matçda qalib gələk.
 
- Necə düşünürsən, Azərbaycan yığmasının ən böyük üstünlüyü nədi?
- Məncə, Azərbaycan millisinin ən böyük üstünlüyü çox futbolçunun eyni komandada olmasıdı. Hər kəs bir-birini yaxşı tanıyır. Ona görə də bunu Azərbaycan millisi üçün üstünlük hesab edirəm.
 
- Kosova yığması yoxlama görüşlərində Albaniya kimi güclü rəqiblə qarşılaşdığı halda, Azərbaycan Latviya və Qırğızıstan kimi zəif komandalarla oynadı. Bundan xəbərdar idin?
- Əslində, biz də elə də güclü rəqiblərlə qarşılaşmadıq. Güclülərdən təkcə Albaniya ilə qarşılaşdıq və 3:0 hesabı ilə qalib gəldik. Ancaq Azərbaycan uzun müddətdi ki, seçmə mərhələlərdə güclü rəqiblərlə oynayır. Ona görə də indi zəif rəqiblə oynaması da normaldı. Çünki qalib gələrək motivasiyanı yüksəltmək istəyirlər.
 
- Bəs, Azərbaycanın Qazaxıstana 0:3 hesablı məğlub olduğu matçı necə, izləmək şansın oldu?
- Biz bu matçları izləmirik. Məşqçilər korpusu izləyir və bizə analiz edirlər.
 
- Çoxları Kosovanı qrupun favoriti olaraq görür...
- Biz hələ yavaş-yavaş qələbə qazanmağa başladıq. Qrupun favoriti Azərbaycandı. Ancaq biz də qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, oyunlarımız iki qardaş ölkənin matçı kimi olar.
 
- Yəqin ki, kosovalı azarkeşlər sizdən Azərbaycanla matçda fərqlənməyi gözləyəcək...
- Qol vurmaq asan deyil, ancaq mən hücumçuyamsa bunu bacarmalıyam. Hücumçu qol vurmursa, oynamır. Ona görə də Azərbaycanla görüşdə də qol vurmaq istəyirəm. Görək necə alınacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31