19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Bandoviç: "Bakı"nın yoxluğu Azərbaycan futbolu üçün mənfi haldı"

Vaxtilə “Bakı”da baş məşqçi kimi çalışmış Boşko Bandoviç hazırda Taylandın ən güclü klublarından olan “Buriram Yunayted”i çalışdırır.

Futbolxeber.az saytına açıqlama verən serb mütəxəssis “Bakı”dakı vaxtlarını xatırlayıb:

“Bakı”nın hazırda Premyer Liqada olmaması, fəaliyyət göstərməməsi Azərbaycan futbolu üçün mənfi haldı. Yəqin ki, klubda işlər qaydasında getməyib deyə belə olub. Yadıma gəlir, çox yaxşı komandamız var idi. Heyf ki, “Bakı” kimi komanda hazırda Premyer Liqada yoxdu”.

Təcrübəli mütəxəssis “Qarabağ”ın uğurları haqda da fikirlərini bölüşüb: “Qarabağ” Azərbaycanda ən yaxşı klubdu. Çünki onlar bir məşqçi seçdilər və ona inanmağa davam edirlər, dəstək olurlar. Qurban Qurbanov da çox yaxşı məşqçi olduğunu göstərir. Əgər baş məşqçiyə inanırsınızsa, demək hər şey yaxşı olacaq. “Qarabağ” yaxşı komandadı, uğurlu nəticələr davam edəcək”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30