21 Fevral 2019, Cümə axşamı
Avroliqada ilk 1/8 finalçı müəyyənləşdi
Klublar Komitəsinə sədr seçiləcək
Etopaz-da bu gün 27 canlı oyun
Çempionlar Liqasında qolsuz 2 oyun

Ölkə futbolu

Şehiç "Çaykur Rizəspor"la anlaşdı

Bu mövsüm Türkiyə Super Liqasında vəsiqə qazanan "Çaykur Rizəspor" transfer fəaliyyətini davam etdirir.
 
Futbolxeber.az saytının məlumatına görə, debütant istədiyi qapıçını tapıb. Rizəlilər mövsümün sonunda "Qarabağ"dan ayrılan İbrahim Şehiçlə anlaşıb. Bosniya və Herseqovina yığmasının üzvü yaxın günlərdə rəsmi müqaviləyə qol çəkəcək. Super Liqa təmsilçisi son olaraq "Partizan"da çıxış edən 31 yaşlı hücumçu Zoran Toşiçlə fə razılıq əldə edib.
 
Şehiçin adı İtaliyanın "Parma" və Türkiyə"nin "Ərzurumspor" klubları ilə hallanırdı. 29 yaşlı qapıçı Ərzurum təmsilçisi ilə ilkin anlaşma əldə etsə də, daha sonra "Çaykur Rizəspor"dan sərfəli təklif aldığı üçün qərarını dəyişib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28





Click to Visit