25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Qəbələ" "Proqress"i bir ayaqla keçməlidi"

“Azərbaycan klublarından ən çətin rəqib elə “Neftçi”yə düşdü. Düşünürəm ki, klublarımız ilk mərhələni keçməlidi”.

Bu sözləri Futbolxeber.az saytına açıqlamasında “Neftçi”, “Qəbələ” kimi klublarda oynamış millimizin də sabiq üzvü Saşa Yunisoğlu deyib.

“Ağ-qaralar”ın sabiq müdafiəçisi azarkeşlərdən bütün klublarımıza dəstək verməyə çağırdı: “Neftçi” “Uypeşt”i keçəcəyi təqdirdə, “Sevilya” kimi dünya səviyyəli klubla qarşılaşacaq. Çox çətin və maraqlı rəqibdi. Ancq gəlin hələ tələsməyək. “Neftçi”, “Qəbələ”, “Qarabağ” və “Keşlə”yə gəlin dəstək olaq. Bütün komandalarımızı qrup mərhələsində görmək əla olardı”.

Yunisoğlu 2010-2012-ci illərdə formasını geyindiyi “Qəbələ”nin “Proqress”i keçməyə məcbur olduğunu deyib: “Qəbələ” “Proqress”lə düşüb. Əgər “Qəbələ”nin məqsədi həmişəki kimi yüksəkdisə, onlar Lüksemburq təmsilçisini bir ayaqla keçməlidi. Həm də qeydə alınacaq qələbə, Sənan Qurbanov üçün təkan və stimul olacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30