20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Neftçi"yə hazırkı transferlərlə avrokuboklarda nəsə etmək çətin olacaq"

“Neftçi”nin sabiq futbolçusu Fərid Quliyev komandanın yeni baş məşqçisi və yeni transferləri haqda danışıb.

Futbolxeber.az saytına açıqlama verən “ağ-qaralar”ın sabiq forvardı hazırkı transferlərlə nəsə etməyin çətin olduğunu deyib: “Tərlan Əhmədovun göndəriləcəyi və yeni baş məşqçinin gələcəyi gözlənilirdi. Məncə, baş məşqçinin italiyalı və ya azərbaycanlı olması o qədər də önəmli deyil. Komandaya dəvət olunacaq oyunçulardan çox şey asılı olacaq. Məncə, Roberto Bordin yerli oyunçulardan razı qalmayacaq. Onun üçün çox çətin olacaq.

Yeni transferlər haqda nə demək olar? Kiminsə ünvanına nəsə demək istəməzdim. Ancaq hazırkı transferlərlə avrokuboklarda nəsə etmək çox çətin olacaq. Yerli çempionatda isə bəlkə də ilk üçlüyə düşdülər. Mən qarşıdakı mövsüm “Neftçi”nin çempion olmasını istəyirəm. Artıq zamanı gəlib”.

“Neftçi”nin ən yaxşı dönəmində hücum xəttində yer almış Fərid Quliyevin fikrincə, komanda daha bir neçə transfer etməlidi: “Neftçi”yə hələ də transfer lazımdı. Hazırda bu komanda üçün çox vacibdi. Şəxsən mən Baqali Dabonu sırf hücumçu kimi görmürəm”.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30