19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Baqali Dabo: "Qəbələ" ilə fikirlərimiz üst-üstə düşmədi"

"Neftçi"nin yeni transferi Baqali Dabo komandanın bugünkü açıq məşqindən sonra brifinq keçirib.
 
Futbolxeber.az-ın məlumatına görə, fransalı hücumçu son 2 mövsümü keçirdiyi "Qəbələ”dən ayrılmasının səbəbini də açıqlayıb. 
 
- "Neftçi"yə keçidin barədə nə deyə bilərdin?
- Düşünürəm ki, "Neftçi”yə gəlişim mənim üçün əlamətdardır. Çünki "Neftçi” böyük bir layihə hazırlayıb. Sevindiricidir ki, mən də bu layihənin bir parçasıyam. Hamı bu layihə ətrafında birləşdiyindən işimiz uğurlu alınacaq.
 
- Necə oldu ki, son anda qərarını dəyişərək "Qəbələ”dən imtina edib "Neftçi”ni seçdin?
- Doğrudur, əvvəlcə razılaşmışdıq. Ancaq sonradan müəyyən şərtlər oldu ki, fikirlərimiz üst-üstə düşmədi. Bundan sonra menecerimlə danışdım və qərara aldıq ki, "Neftçi”yə üstünlük verək.
 
- "Neftçi” layihəsi barədə ağızdolusu danışdın. Bu komandanın "Qəbələ” layihəsindən hansı üstünlüyünü qeyd edə bilərdin?
- Mövsümün sonunda "Neftçi” olduqca uğurlu qrafik cızdı. Komanda baxımlı futbol oynamağa başlamışdı. Mövsümün gedişatında eniş yaşamasaydı, bəlkə də finişə 2-ci çata bilərdi. "Qəbələ”də çempionluq yaşaya bilmədik. Çalışacağam ki, "Neftçi”yə qızıl medala sahib çıxaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31