28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Roberto Bordin: "İşimiz asan olmayacaq, "Qarabağ" kimi rəqibimiz var"

“Neftçi”nin yeni baş məşqçisi Roberto Bordin İtaliya mətbuatına müsahibə verib.
 
Futbolxeber.az saytının məlumatına görə, italiyalı mütəxəssis “Neftçi”yə keçidi barədə danışıb: “Mənim klubun iki illik lahiyəsi xoşuma gəldi. “Neftçi” yüksək yerlərə qayıtmaq istəyir. Mühüm şeylər etmək istəyirik. Artıq bazar günü biz başlayırıq”.
 
- “Neftçi”dəki məqsədləriniz nədi?
- Uğurlu nəticələr qazanmaq. İki illik müqaviləm var. Ancaq asan olmayacağı dəqiqdi. Çünki burada çətin rəqiblər var. “Qarabağ”ı misal çəkə bilərəm. Son illərdə çox uğurlar qazanıb.
 
- Transfer məsələləri nə yerdədi?
- Bu məsələləri idman direktoru ilə müzakirə edirik. Hələ ki, oyunçuları izləyirik. Komandanı bir az da gücləndirməliyik. Bir neçə oyunçuya baxırıq.
 
- Gələcəkdə İtaliyada çalışmaq istəyirsiz?
- Nə zaman şans verilsə, çalışaram. İtaliyadan maraq var idi. Amma konkret təklif “Neftçi”dən gəldi. Bu klub mənimlə müqavilə imzalamağı çox istəyirdi. Moldovada yaxşı işlədim, çox uğur qazandıq. Ümid edirəm ki, Azərbaycanda da Moldovadakı kimi uğurlu olacağam. Amma gələcəkdə İtaliyaya qayıdacağıma da ümid edirəm.
 
- Sizin sabiq komandanız olan “Verona” A seriyasını tərk etdi...
- Buna çox üzüldüm. Ötən mövsüm əsas rəqiblərlə vacib oyunlardan məğlub ayrıldılar. Halbuki sona qədər A seriyasında qalmaq şansları var idi. “Verona” A seriyasında oynamağa layiq komandadı.
 
- DÇ-2018-dən nə gözləyirsiz?
- Uğurlu nəticə qazana biləcək çox komanda var. Məsələn, Fransa yığması çox yaxşı formadadı.
 
(tuttomercatoweb)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31