20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qəbələ” “Barselona”, PSJ və “Beşiktaş”la eyni turnirdə

“Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qırmızı-qaralar” bu gün Çexiyada təşkil olunan “All Stars Cup” turnirinə yola düşür.

Avropanın ən nüfuzlu turnirlərindən biri hesab olunan bu yarışda 16 komanda qüvvəsini sınayacaq. İştirakçılar arasında PSJ (Fransa), “Barselona” (İspaniya), “Beşiktaş” (Türkiyə), “Zenit” (Rusiya), “Herta” (Almaniya) kimi klublar da yer alıb.

“Qəbələ” iyunun 15-də start götürəcək turnirin ilk oyun günündə Yaponiyanın “Avispa Fukuoka”, Çexiyanın “Fastav Jlin” və Portuqaliyanın “Porto” komandaları ilə görüşəcək.

Ertəsi gün iştirakçılar tutduqları yerdən asılı olmayaraq ikinci qrup mərhələsində daha 3 oyuna çıxacaq. Bu 6 oyunun nəticəsinə əsasən, "ilk 8-lik"də olan komandalar yüksək, digərləri 9-16-cı yerlər uğrunda mübarizə aparacaq. Pley-off mərhələsinin oyunları turnirin son gününə təsadüf edəcək. Praqanın “Top Hotel”də məskunlaşacaq “qırmızı-qaralar” səfərə 18 futbolçu ilə yollanır.

“Qəbələ”nin heyətində Vüsal Şabanov, Rüfət Əhmədov, Hüseyn Mürsəlov, Nemət Şıxəmirov, Nazim Həsənzadə, Aqil Nəsibov, Rauf Məhərrəmov, Ümüd Həmzəyev, Emil Səfərov, Veysəl Rzayev, Samir Məhərrəmli, Müşfiq Nadirov, Mehrac Baxşəliyev, Taleh Fərmanov, Nika Baçaliaşvili, Əli Abdullayev, Çingiz Məmmədov və Kamal Kazımov yer alıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30