18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"İndiyə qədər Roberto Bordin haqda eşitməmişdim"

Ötən mövsümü “Səbail”də icarə əsasında keçirən Fəhmin Muradbəyli müqavilə ilə məxsus olduğu “Neftçi”yə qayıtdı. U-21 yığmamızın toplanışında iştirak edən Muradbəyli Futbolxəbər.az saytına müsahibəsində “Neftçi”də qalmaq şansları, Roberto Bordinin baş məşqçi təyin olunması haqda danışıb. 
 
- U-21 yığma komandasının heyətində iki oyun keçirdin. Qazaxıstan və Macarıstanla görüşlərdə bərabərlik qeydə alındı. Həmin oyunlar milliyə nə verdi?
- Düşünürəm ki iki oyunumuz da yaxşı alındı. Rəşad Sadıqovun tələb etdiklərini meydanda yerinə yetirməyə çalışırdıq. Fikrimcə, bunu bacardıq. Bütün komanda şəklində yaxşı oyun nümayiş etdirdiyimizi düşünürəm.
 
- Necə düşünürsən, hansı matçda daha yaxşı idiniz?
- Hər iki matçda da yaxşı oynadığımızı düşünürəm. Həm qazaxlarla, həm də macarlarla yaxşı oyun göstərə bildik.
 
- Hazırkı kollektiv gələcəkdə uğurlu nəticələrə imza atmaq üçün ümid verir?
- Oyundan-oyuna daha da yaxşı oyun nümayiş etdiririk. Bundan da yaxşı oynamağa, yaxşı nəticələr qazanmağa çalışacağıq.
 
- Rəşad Sadıqovun tələbkar olduğu bildirilir. Onunla işləmək çətin deyilki?
- Rəşad Sadıqovla işləməyin özü bizim üçün böyük fəxrdi. Niyə çətin olsunki? Sadəcə olaraq, o, bizdən istədiklərini meydanda etməyimizi istəyir.
 
- Macarıstanla görüşü “Neftçi”nin yeni baş məşqçisi Roberto Bordin də izləyib. Bundan xəbərdar idin?
- Oyunun gedişində bilmirdim. Oyundan sonra Bordinin oyunu izlədiyini xəbər tutdum.
 
- Baş məşqçi dəyişikliyi səncə, “Neftçi”yə nə qazandıracaq? İtaliyalı mütəxəssisin “Neftçi”yə uğur qazandıracağına inanırsan?
- Düzünü desəm, indiyə qədər Roberto Bordin haqda eşitməmişdim. Ancaq ümid edirəm ki, “Neftçi”də yaxşı işlər görəcək. Ona uğurlar arzu edirəm.
 
- İtaliyalı mütəxəssis sənin haqda fikirlərini mətbuata bildirib və deyib ki, sənin komandada qalacağın, yoxsa icarəyə göndəriləcəyin hələ dəqiq deyil. Sən özün necə, komandada saxlanılacağına inanırsan?
- Bu barədə hələ heç nə demək istəmirəm. Yaxın vaxtlarda aydınlıq gələcək hər şeyə.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30