20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Mirzəbəyov: “Neftçi”də ikiqat aşağı maaşa oynayacağım düz deyil”

“Neftçi” yeni transferlərlə yanaşı, ötən mövsüm komandada oynayan bir neçə futbolçu ilə müqavilə müddətini uzatdı. Onlardan biri də Məhhəmməd Mirzəbəyov oldu. "Neftçi" ilə müqaviləsini bir illik artıran Mirzəbəyov Futbolxeber.az saytının əməkdaşının suallarını cavablandırıb:

- "Neftçi" ilə yeni müqavilə imzalayanlar arasında sən də varsan. Bu barədə nə demək istəyirsən?

- Bəli, yeni müqavilə imzaladım. Daha çox işləyib, yaxşı nəticələr qazanmağa çalışacağıq.

- Təklifin yalnız "Neftçi"dən idi, yoxsa başqa klublardan da səni istəyən var idi?

- Təkliflərim var idi. Ancaq komandamı dəyişməmək qərarını aldım. Çünki yaxşı mövsüm keçirmişdik. Qərara aldım ki, burada qalmaq daha yaxşı olardı.

- Mətbuatda belə bir xəbər yayılmışdı ki, "Neftçi"də ötən il qazandığından iki dəfə az qazanacaqsan. Yəni "Neftçi"nin yeni şərtləri bu cür idi?

- Rəhbərliklə danışdıq və ortaq məxrəcə gəldik. Xeyr, ikiqat aşağı oynayacağım düz deyil.

- Ötən mövsüm ölkə kubokunu qazanmağa yaxın olsanız da, sonda bunu edə bilmədiniz. Buna görə 2017/2018 mövsümünü "Neftçi" üçün uğursuz hesab etmək olar?

- Təəssüf ki, biz kuboku əldən qaçırdıq. Amma biz qış fasiləsindən sonra çox yaxşı irəlilədik. Çox yaxşı da nəticələr qazandıq. Mövsümü medalla başa vurub, Avropa Liqasına vəsiqə qazandığımızı nəzərə alsaq, yaxşı mövsüm keçirdiyimizi söyləyə bilərəm.

- "Neftçi"nin baş məşqçi postuna Roberto Bordin gətirildi. Bu seçim haqda hansı fikirdəsən?

- Hələ ki, onun haqda heç nə bilmirəm. Ilk dəfədi ki, Bordini görürəm.

- Səncə, o, "Neftçi"ni çempion edə bilər?

- Ən düzünü Allah bilir. Biz məqsədlərə çatmaq üçün  kollektivlə çalışacağıq.

- Ötən mövsümü "Sumqayıt"da keçirmiş Tural Axundov və Rəşad Eyyubov komandaya cəlb edildi. Bundan savayı, Dario Frederikonun da keçidi həll edilib. Bu cür futbolçularla "Neftçi" gələn mövsüm hansı nəticəni göstərə bilər?

- Rəşad Eyyubovu yaxşı tanıyıram. Onunla "Qəbələ"də birlikdə oynamışam. O, mənim dostumdu, ağıllı futbolçudu. Tural və Darioya gəlincə, onlar da yaxşı futbolçulardı. Indi biz bir komandadayıq və komandada olan hər kəsin uğurlu nəticə üçün sona qədər mübarizə aparacağını düşünürəm.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30