28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Mahmud Qurbanov "Neftçi"də

"Neftçi”nin əvəzedici komandasına baş məşqçi təyinatı olub.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu vəzifəni Mahmud Qurbanov yerinə yetirəcək.

1996-1997, 2004-2005-ci illərdə "Neftçi”də çıxış edən Qurbanov "Kəpəz”, "Şəmkir”, "Fulad” (İran), "Tavriya” (Ukrayna), "Xəzər Lənkəran”, "İnter” və "Bakı” klublarında da oynayıb. "Professor” ləqəbli futbolçu rekord sayda – 11 dəfə Azərbaycan çempionatının, 4 dəfə isə ölkə kubokunun qalibi olub. Azərbaycan milli komandasının heyətində 76 oyunda meydana çıxıb, 1 qol vurub.

Mahmud Qurbanov futbolçu karyerasını başa vurandan sonra "Kəpəz”in baş məşqçisi, Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi vəzifələrində çalışıb. UEFA-nın A kateqoriyalı məşqçisidir.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31