19 Avqust 2019, Bazar ertəsi
"Səbail" "Zirə"yə qalib gəldi
Şeydayev derbidə 90 dəqiqə oynadı
“Qəbələ” “Sumqayıt”a məğlub oldu
Rüfət Dadaşov milliyə dəvət aldı

Ölkə futbolu

Millimizin debütantı: “Oynayacağıma ümidli idim”

"Həqiqətən milliyə dəvət alanda çox sevinmişdim. Çünki millidə oynamaq, orada yer almaq hər bir futbolçu üçün gözəl hisslərdi".

Bu sözləri Futbolxeber.az saytına açıqlamasında millinin toplanışında iştirak etmiş Slavik Alxasov deyib.

Qırğızıstan, Qazaxıstan və Latviya ilə oyunlar üçün milliyə dəvət olunan Alxasov heç bir oyunda iştirak etmədi. Futbolçu özü də milli formada meydana çıxacağına ümid edirmiş:

"Düzdü, heç bir oyunda meydanda olmadım. Ancaq düzünü desəm, oynayacağıma ümidli idim. Amma bu dəfə milli formanı geyinmək mənə qismət olmadı. Bu, Qurban Qurbanovun fikri idi. Onun qərarına da hörmətlə yanaşıram. Qarşıdakı toplanışlara dəvət olunub-olunmayacağımı zaman göstərəcək. Bir az çətin görünür, amma ümid həmişə var".

"Millətlər Liqasında qrup lideri olmaq üçün əlimizdən gələni edəcəyik. Təbii ki, şansımız var. Liderlik üçün sona kimi mübarizə aparacağıq" - deyə, Slavik Alxasov fikirlərini yekunlaşdırıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31