20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Qurban Qurbanovun inamını qazanmalıyam"

"Sumqayıt"dan ayrıldıqdan sonra hələ ki, yeni klubu ilə müqavilə imzalamağa tələsməyən Amil Yunanov Futbolxeber.az saytına müsahibə verib. Milli komandanın son toplanışında da iştirak edən forvard Qurban Qurbanovun etimadını qazanmaq istədiyini bildirib:

- "Sumqayıt"dan ayrıldıqdan sonra hələ ki, klubsuzsan. Təkliflər gəlib sənə, yoxsa heç yoxdu?

- Bir-iki təklif almışam. Amma hələ ki, gözləyirəm. Yaxın günlərdə seçimimi edəcəm və yeni klubla müqavilə imzalayacam.

- Maraqlıdı, sənə gələn təkliflər arasında nəyə üstünlük verib seçimini ona görə edəcəksən?

- Komandanın çempionatdakı mövqeyi və iddiası mənim üçün daha maraqlıdı. Bundan əlavə? komandanın şəraiti də mənim üçün önəmli olacaq. Sadaladığım nüanslara fikir verəcəm. Belə komandaya getməyi düşünürəm.

- Ölkə xaricinə yollanmaq, legioner həyatı yaşamaq haqda heç düşünmürsən?

- Sərfəli təklif olsa, niyə də getməyim? Əlbəttə ki, yaxşı təklif olsa düşünərəm.

- Bir müddət əvvəl "Neftçi" və "Keşlə" klubları ilə adın hallanırdı. Bu klublardan təklif almışdın?

- Dəqiq heç nə yoxdu. Ona görə də bu barədə bir söz deyə bilmərəm. Hələ ki, sakit dayanmaq lazımdı.

- "Sumqayıt" Elvin Məmmədov, Əfran Ismayılovu transfer edib. Görünən budu ki, klub daha güclənmək istəyir. Ayrılığına görə hər hansı peşmançılıq var?

- Gəldilər, lap yaxşı. "Sumqayıt" mənim keçmiş komandamdı. Əlbəttə ki, istəyərəm orada hər şey yaxşı olsun. Azarkeşləri  "Sumqayıt" daha güclü görməyə layiqdi. Onlar futbolu sevir, komandaya sona qədər dəstək verirlər. "Sumqayıt" yaxşı yerlərdə olmağa layiqdi. Heç vaxt peşmançılıq çəkmirəm. Çünki yaxşı götür-qoy etdim, qərarımı verdim. Ona görə peşman deyiləm.

- Milli komandanın son toplanışında oldun. Komandamız toplanışı Latviya üzərindəki qələbə ilə başa vurdu. Ümumi toplanış necə yadda qaldı?

- Toplanışımız çox yaxşı keçdi. Şəxsən mənim özüm üçün böyük təcrübə oldu. Ümid edirəm ki, qarşıdakı toplanışlara da dəvət alaram. Latviya ilə görüşdə komandamız çox yaxşı oynadı və layiqli qələbə qazandıq. Hesab daha böyük də ola bilərdi. Riqadan yaxşı nəticə ilə ayrıldıq.

- Maraqlıdı, son toplanış zamanı Qurban Qurbanov səninlə söhbət edib? Yəni klub seçimi baxımından heç  onun məsləhətini aldın?

- Qurban Qurbanovla danışığımız milli komanda oldu. Amma belə, klub seçimi barədə heç bir söhbətimiz olmayıb.

- Millidə qol hesabını hələ də açmamısan. Bu səni narahat etmir?

- Son toplanışda qol hesabımı açmaq istəyirdim. Amma bir oyunda meydanda oldum. Qırğızıstanla görüşdə qol şansım olsa da, yararlana bilmədim. Amma mən həvəsdən düşmürəm. Milli toplanışı mənim üçün böyük təcrübə oldu. Demək daha çox çalışmaq lazımdı ki, milli səviyyəsində daha yaxşı olasan. Əsas o yerləri görmək mənim üçün yaxşıdı. Öz üzərimdə işləməli çox şey var. Işləməliyəm ki, millidə qollar vurub ən azından Qurban Qurbanovun inamını qazanmalıyam.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30