24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Hüseyn Cəbrayıloğlu: "Bu çətin dönəmdə “Xəzər Lənkəran”ı qoyub heç yerə getməyi düşünmürəm"

“Bəlkə çıxacağamı demək istəyiblər, bilmirəm. İşimin başındayam və bu çətin dönəmdə “Xəzər Lənkəran”ı qoyub heç yerə getməyi düşünmürəm". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

Klub rəsmisi mətbuatda "Xəzər Lənkəran"dan ayrıldığı haqda yayılan xəbərləri təkzib edib.

Hüseyn Cəbrayıloğlu bildirib ki, son günlər "Xəzər Lənkəran"a qarşı hədsiz hücumlar var: "Mən jurnalist olan vaxtda “X-L” rəhbərliyi belə anoloji durumlarda deyəndə ki, “bizi istəməyən qüvvələr var” mənə qəribə gəlirdi, hər hansı klubu niyə istəməyən qüvvələr olsun? Amma indi özüm klubun içindəyəm. Görürəm ki, istəməyən qüvvələrlə yanaşı şərəf və əqidədən, peşəkarlıqdan uzaq nə qədər cəmiyyətdə insanlar var və sanki hamısı “X-L”nın qəsdinə durub. Burada söhbət sağlam tənqiddən yox, məqsədli və sifarişli tənqidlərdən, hücumlardan gedir. Bir sözlə belə bir şey yoxdur. Sonda deyim ki, bu mənə daha çox kimlərinsə manipulyasiyasi kimi gəldi”


publika.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30