22 Yanvar 2026, Cümə axşamı
Qurbanovun 500-cü qələbəsi
17-ci turun hakim təyinatları
"Araz-Naxçıvan"da yeni məşqçi
Millimizin üzvü "Səbail"lə anlaşdı

Ölkə futbolu

“Qarabağ” növbəti transferini reallaşdırdı

Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ” bu gün ikinci transferini rəsmiləşdirib.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi gənc futbolçu Rahil Məmmədovu heyətinə cəlb edib. Mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.

Peşəkar karyerasına 2014/15-ci illər mövsümündə “Neftçi”də başlayan 23 yaşlı futbolçu geridə qalan mövsümün qış fasiləsində icarə əsasında “Səbail”ə keçib.

Rahil Məmmədov “Neftçi” formasıyla 43, “Səbail”in heyətində isə 13 dəfə meydanda olub. Müxtəlif yaş qrupları üzrə milli komandalarda çıxış etmiş Rahil Məmmədov bu ildən etibarən 2 dəfə əsas millimizə dəvət alıb.

Xatırladaq ki, "Qarabağ" bu gün Filip Ozobiçlə də 3 illik müqavilə imzalayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31