25 Oktyabr 2026, Bazar günü
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi
DÇ: Millimizdən darmadağın
“Qəbələ” və “Zirə” qalib gəldi

Ölkə futbolu

"Azərbaycanda çox şey qazanmışam"

"Qarabağ”da 5 dəfə çempionluq, 3 dəfə kubok sevinci yaşadım. Bu altı ildə çox qələbələr gördüm. İndi isə fərqli çempionatda oynamaq istəyirəm".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"dan ayrılan Riçard Almeyda deyib.

Braziliya mətbuatına danışan 29 yaşlı yarımmüdafiəçi Azərbaycandakı karyerasının uğurlu alındığını bildirib: "Milliləşdirilmiş futbolçu kimi Azərbaycan yığma komandasının üzvüyəm. Yığmada 8 oyun keçirmişəm. Tanrıya minnətdaram. Azərbaycanda çox şey qazanmışam. Çempionlar Liqasının qrup mərhələsində oynamaqla zirvəyə çatdıq".

Almeyda gələcək karyerası haqda da danışıb: "Təkliflərlə atamla agentim məşğuldur. Bir neçə təklif olsa da, imtina etmişəm. 5-6 ölkədən fərqli variantlar var idi. Yekun qərarı iyunun ortalarında verəcəm. Atamla həyat yoldaşım mənə dəstək verirlər" (qol.az).     

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31