20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qəbələ” Xorvatiyada 1/4 finalda dayandı

Xorvatiyanın Riyeka şəhərində keçirilən 17 yaşadək futbolçulardan ibarət komandalar  arasında 66-ci Kvarnerska Riviyera turnirində 1/4 final mərhələsinin oyunları keçirilib.

Futbolxeber.az-ın klubunn saytına istinadən verdiyi məlumata görə, “Qəbələ”nin U-17 komandası yarımfinala vəsiqə uğrunda matçda Sloveniyanın “Olimpiya” klubu ilə qarşılaşıb.

Gərgin və maraqlı oyun şəraitində keçən qarşılaşmanın taleyini 1 qol həll edib. Minimal hesabla qalib gələn Lyublyana təmsilçisi yarımfinala adlayıb. Turnirdə ilk məğlubiyyətini alan “Qəbələ” mübarizəni dayandırıb.

Xatırladaq ki, “Qəbələ”nin U-17 komandası qrupda Sloveniya “Domjale”si ilə qolsuz heç-heçə edib, Xorvatiya “Omişal”ını 2:0 hesabı ilə məğlubiyyətə uğradıb və yerli “Osiyek”lə sülhə imza atıb - 1:1.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30