10 Noyabr 2025, Bazar ertəsi
“Sumqayıt”ın legionerlərinə millidən dəvət
"Neftçi" "Qarabağ"a məğlub oldu
Millimiz mübarizəni dayandırdı
Elmar Baxşıyevdən qələbə şərhi

Ölkə futbolu

Şumuditsa: “Şənbə günü "Neftçi" rəhbərliyi ilə görüşəcəyəm”

“ÇFR-lə danışıqlarımız oldu. Amma onlar eyni zamanda başqa namizədləri də nəzərdən keçirirlər. Ona görə də “Neftçi”yə cavab verməyə tələsmirdim”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Rumıniya mətbuatına açıqlamasında Marius Şumuditsa deyib. “Neftçi”dən gələn təklifə “yox” demədiyini bildirən rumıniyalı mütəxəssis şənbə günü Bakı klubunun rəsmiləri ilə görüşəcəyini söyləyib:

“Mən heç kimin təklifindən imtina etməmişəm. Şənbə günü “Neftçi” rəhbərliyi ilə Buxarestdə görüşümüz olacaq. Bilirəm ki, hazırda Azərbaycanda maliyyə problemi var. Düzdür, Bakı gözəl şəhərdir. Orada yaşamaq istəyərəm. Amma əvvəlcə əmin olmalıyam ki, məşqçilər korpusumda yer alan 4 mütəxəssis mənimlə “Neftçi”də işləyə biləcək. Onları belə asanlıqla buraxa bilmərəm”.

Qeyd edək ki, Rumıniya mətbuatı “Neftçi”nin Şumuditsaya köməkçiləri ilə birlikdə 450 min avro pul təklif etdiyini yazıb (qol.az).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30