26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Ölkə xaricində oynayacağam”

“Pis oynamadıq. Bəzi səhvlər olsa da, ümumilikdə yaxşı oyun oldu”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri milli komandamızın üzvü Ramil Şeydayev Qırğızıstanla yoldaşlıq oyununundan  (3:1) sonra jurnalistlərə açıqlamasında deyib.

Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan forvard bunları deyib: “Meydana qələbə üçün çıxırıq. İstənilən nəticəyə hazır olmalıyıq. Bacardığımız qədər çox qol vurmağa çalışırıq. Yeni baş məşqçinin rəhbərliyi altında ilk qələbəmizi qazanmaq istəyirdik. Bu üzdən nəticə mənim üçün gözlənilməzd olmadı”.

“Qarabağ”dan ayrılan futbolçu Avstriya klubu “Mattersburq”la anlaşdığı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: “Avstriyaya gedə də bilərəm, getməyə də. Amma qərarımı hələ verməmişəm. Sadəcə onu deyə bilərəm ki, ölkə xaricində oynayacağam. Lakin yerli klublardan təklif alsam, bunu da fikirləşəcəm. Hazırda millinin düşərgəsindəyəm. Ümumiyyətlə, gələcək karyeramla bağlı bir qərar verməmişəm. Toplanışı psixoloji yüklənmə olmadan keçirmək, yığmada oynayaraq qol vurmaq və qələbə qazanmaq istəyirəm".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30