11 Avqust 2026, Çərşənbə axşamı
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi

Ölkə futbolu

Şeydayevin yeni klubu müəyyənləşdi

Millimizin üzvü Ramil Şeydayevin yeni klubu müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, “Qarabağ”dan ayrılan hücumçu Avstriya Bundesliqasında çıxış edən "Mattersburq"a keçəcək. Bu haqda klub prezidenti Martin Puxer Almaniya mətbuatına açıqlama verib.

O, mövsümün son turunda LASK-a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra bildirib ki, Çempionlar Liqası təcrübəsi olan Şeydayev yeni ildən “Mettersburq”da çıxış edəcək.

Avstriya mətbuatı 22 yaşlı forvardın "Zalsburq"a qayıdan Smail Prevlyakın əvəzinə alındığını yazıb.

Qeyd edək ki, Şeydayev 2016-cı ildə  "Zenit"dən “Trabzonspor"a keçib. Türkiyə təmsilçisində əsas heyətə düşə bilməyən futbolçu  2017-ci ilin yanvarında Slovakiyanın "Jilina" klubuna, ötən ilin sentyabrında isə "Qarabağ"a icarəyə verilib. Mövsümün sonunda isə müqavilə ilə məxsus olduğu “Trabzonspor”a qayıdıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31