7 Yanvar 2026, Çərşənbə
Millimiz Danimarka ilə qarşılaşacaq
Rüfət Abdullazadə “Zirə”də
“Qəbələ”dən ilin ilk transferi
“Qarabağ” hazırlıqlara start verdi

Ölkə futbolu

Dario Federiko “Kəpəz”dən ayrıldı

"Kəpəz"dən ayrılacaq ilk futbolçunun kimliyinə aydınlıq gəlib.

Klubdan Futbolxeber.az saytına verilən məlumata görə, Gəncə təmsilçisi qış fasiləsində transfer etdiyi Dario Federiko ilə yollarını ayırıb. Braziliyalı yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.

Futbolçunun dünən "Neftçi" ilə oyunda meydana kapitanlıq sarğısı ilə çıxması da bununla bağlı imiş. Yunis Hüseynov komandanı kapitan kimi tərk etmək istəyən Federikonun istəyini geri çevirməyib.

Qeyd edək ki, Dario 2015-2017-ci illər mövsümündə də "Kəpəz"in formasını geyinib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31