Ölkə futbolu
Samir Abasov: "Son oyundan sonra gizlətdiyim hər şeyi açıqlayacam"
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 27-ci turunda "Qəbələ"yə 0:2 hesabı ilə uduzduqları oyunda sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, 40 yaşlı mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bildirib.
- Deyiləsi bir şey yoxdur. Nə deyəcəyimi bilmirəm. Hər şeyi özünüz gördünüz. Qolları vura bilmədik. Vura bilmək üçün ürək lazımdır. Belə görüşlərdə topla birgə tora girmək lazımdır. Oyunçunun keyfiyyəti lazımi anda hər şeyi örtür. 32-33 yaşlı adama ötürmə verməyi öyrədə bilmərəm. Oyun keyfiyyəti budur.
Siyasət dəyişməsə, belə davam etsə, 5-ci yeri tutsaq, əla olar deyirlərsə, bu komandadan bir şey gözləməyə dəyməz. Kimlərsə, Amil Yunanov niyə oynamadı deyəndə, hücumçuya xas keyfiyyətdə oyun göstərsə, onda nə gəldi deyərsiniz. Futbolçularımız birinci divizionda çürüyərdilər. 11 legioner verərdilər, onda görərdiniz ki, bu futbolçuların yeri haradır. Budur bizim Azərbaycan futbolu, əfsuslar olsun ki, Dabomuz, Almeydamız yoxdur. "Kəpəz", "Səbail" və "Qəbələ" ilə oyunlarda yaxaladığımız qollardan yararlansaydıq, indi avrokuboklarda idik. Bu, düzgün olmayan strategiyanın badına şəhərimiz getdi.
- "5-ci yerdə olsanız, əla nəticə sayılar" sözlərini kim demişdi?
- Klubumuzun keçmiş prezidenti Kamran Quliyev mövsümün əvvəlində dedi ki, komandanın potensialı 6-cı yerdir. 5-ci yeri tutsaq, sevinəcəyik. Mən isə dedim ki, var qüvvəmizlə avrokuboklar üçün çalışacağıq. Lakin meydanda oynayan mən deyiləm.
- Lisenziyalaşdırma Qrupunun verdiyi qərar bugünkü nəticələrə necə təsir etdi?
- İcraiyyə Komitəsi mayın 20-dən sonra olsaydı, nə olacaqdı? "Kəpəz" gedib "Neftçi" ilə necə oynasın? 2 turdan sonra nə qərar verirsinizsə, verin də... Niyə bizimlə oyundan əvvəl bu qərarı verirsiniz?
- Klubun strategiyasından narazılığınızı bildirdiniz. Amma digər tərəfdən, müqavilənizi uzatdığınıza dair xəbərlər yayılıb...
- 1 turdan sonra hər şey bəlli olacaq. İndi deyəcəyim hər bir söz futbolçularıma mənfi təsir edə bilər. Son oyunumuzdan sonra sizdən gizlətdiyim hər şeyi sizə açıqlayacağam.
- Son turda nə baş verəcək?
- Nə olacaqsa, olacaq.
- "Zirə" ilə son tur matçına hansı motivasiya ilə çıxacaqsınız?
- Həyatında birinci dəfə Avroliqaya düşmək futbolçu üçün motivasiya deyil? Əlimizdən gələni edəcəyik ki, "Zirə"yə qalib gələk.
- Konkret, hansı futbolçulardan gözlədiyinizi ala bilmirsiniz?
- Sona 2 tur qalmış Lisenziyalaşdırma Qrupunun belə qərar verməsi nə üçündür? Bizim oyunu saat dördə istiyə salırsınız. Qol vura bilmirlərsə, kimi günahlandırım? (report.az).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- II turun hakim təyinatları açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
-
20:52
Boksçularımız Qazaxıstanda 3 medal qazanıblar
-
20:20
Kurban Berdiyevdən qələbə şərhi
-
20:09
Rəşad Sadıqov: “Son 6 ildə çempionatda ən çox hakim səhvi “Zirə”nin əleyhinə olub”
-
19:41
"Traktor"un qapıçısı "Sumqayıt"da
-
19:34
“Turan Tovuz” “Zirə”ni məğlub etdi
-
19:16
Mahirin komandasından növbəti məğlubiyyət
-
16:38
"Turan Tovuz" - "Zirə": Heyətlər açıqlandı
-
15:53
“Əsas məsələ mənim məhsuldar ötürmə verməyim deyil, "Neftçi"nin qələbə qazanmasıdır”
-
15:05
İtaliya millisinə 34 futbolçu dəvət aldı
-
14:27
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
13:44
U-21 millimizin heyəti açıqlandı
-
13:32
“İnter”in əfsanəsi vəfat edib
-
12:19
Bundesliqa klubunda yeni müqavilə
-
11:56
"Kəpəz" iki yoxlama oyunu keçirəcək
-
11:28
"Neftçi"nin keçmiş üzvü Sinqapurda ilk oyununa çıxdı
-
11:00
Jali Muaddib: “Əsas belə çətin anlarda qələbə qazanmaqdır”
-
10:31
Daha 2 boksçumuz Avropa çempionatında mərhələ adlayıb
-
10:15
“Çelsi” səfərdə məğlub oldu VİDEO
-
10:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:47
“Bavariya”dan darmadağın VİDEO
-
00:22
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
-
23:58
Yankoviç "Qarabağ"a 3 xal qazandırdı VİDEO
-
23:13
Qurban Qurbanov: “Dayanmaq fikrində deyilik”
-
21:35
“Neftçi" və "Qarabağ" qalib gəldi
-
21:09
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
20:16
Yuri Vernidub: "Əsas odur ki, qalib gəldik"
-
18:22
"Neftçi" yoxlama oyunu keçirəcək
-
17:51
“Naxçıvan” yeni legionerlə gücləndi
-
17:37
FIFA Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalının detallarını açıqlayıb
-
17:15
"Karvan-Yevlax"da ayrılıq
-
17:00
Respublika stadionu təmir olunacaq
-
16:44
"Qəbələ" - "Neftçi": Heyətlər açıqlandı
-
16:29
PFL sponsorluqla bağlı 3-4 şirkətlə danışıqlar aparır
-
16:18
PFL rəsmisi: “Bu, Gəncə azarkeşləri üçün də böyük bayram olacaq”
-
16:03
“Neftçi”dən Surinam millisinə
-
15:36
Cüdo millimizin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti bəlli olub
-
14:52
AFFA Pakistanla futbol əməkdaşlığını müzakirə etdi
-
14:21
Güləşçilərimiz mundiala Göygöldə hazırlaşacaqlar
-
13:47
Azərbaycan Kubokunun püşkü atıldı FOTOLENT
-
13:00
Millimizin heyəti açıqlandı
-
12:15
“Turan Tovuz”un legioneri Azərbaycan millisi ilə oyuna çağırıldı
-
11:59
"Qarabağ"ın prezidenti bu bankın rəhbəri oldu
-
11:34
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
-
11:08
"Sumqayıt" "Kəpəz"lə oyuna hazırlaşır FOTOLENT
-
10:43
Hasan Şaş saxlanıldı
-
10:22
Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
-
09:56
"Yuventus"dan darmadağın VİDEO
-
09:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Beşiktaş" "Marsel"ə şans tanımadı VİDEO
-
23:20
“Qəbələ”nin yeni baş məşqçisi kollektivə təqdim olundu
19.09.2026
18.09.2026
17.09.2026























