14 Oktyabr 2026, Çərşənbə
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Ölkə futbolu

Samir Əliyev: "Bugünkü hakimlərin səviyyəsi budur”

"Uduzmaq istəmirdik. Rəqibin ustalıq səviyyəsi öz sözünü dedi”.

Futbolxeber.az saytının məlumatına görə, bunu "Səbail”in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının 27-citurunda "Neftçi”yə 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.

O, fikrini bu sözlərlə davam etdirib: "Futbolçularıma narazılığım yoxdu. Bacarıqlarını göstərdilər. İki komandanı müqayisə etdikdə, "Neftçi”nin ehtiyatda oturan 4 oyunçusunun məvacibi bizim ümumi komandanın məvacibindən çoxdu”.

S.Əliyev ilk hissənin sonlarında texniki zonadan qovulmasına da münasibət bildirib: "Hakimlər barədə danışmaq istəmirəm. Şəxsi fikrim belədi ki, bugünkü hakimlər briqadasının səviyyəsi budur. Əlbəttə, əsəblərimə hakim ola bilmədim. Haqlı olaraq da texniki zonadan qovuldum”(sportnet.az).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31