2 Noyabr 2025, Bazar günü
161 gün sonra yenidən Tovuzda
“Lans”ın yetirməsi “Sumqayıt”da
“Belə də davam etməliyik”
"Qarabağ" "İmişli"yə qalib gəldi

Ölkə futbolu

“Sumqayıt” - “Qəbələ”: 24-cü duel

Sabah Topaz Premyer Liqasında XXVII turun oyunları keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, eyni gündə keçiriləcək turun mərkəzi qarşılaşması Sumqayıtda baş tutacaq. Bu görüş çempionatın gümüş medalının sahibinə də aydınlıq gətirə bilər. “Qəbələ” “Sumqayıt”la görüşdə 1 xal qazansa, 2-ci yeri təmin edəcək. Əks halda isə bunun üçün digər oyunların nəticələrini gözləmək lazım gələcək.

Sumqayıtdakı matç rəqiblər arasında 24-cü qarşılaşma olacaq. İndiyədək 23 dəfə üz-üzə gələn komandaların bütün oyunları Premyer Liqa çərçivəsində olub. “Qəbələ” əvvəlki matçların hamısında qol sevinci yaşayıb.

Arxada qalan 23 matçda “qırmızı-qaralar” 15 qələbə qazanıb. 6 heç-heçənin qeydə alındığı duellərdə “Sumqayıt” 2 dəfə qalib gəlib. Top fərqində də “Qəbələ” böyük üstünlüyə malikdir - 41:17.

Cari mövsümdə rəqibinə uduzmayan Roman Qriqorçukun yetirmələri hər görüşdə 1 qola sevinib. İlk iki oyunda bu top qələbə üçün yetərli olubsa, son matçda bərabərlik qeydə alınıb.

Hər iki məğlubiyyətini səfərdə almasında baxmayaraq, “Qəbələ” rəqib meydanında da üstünlüyə malikdir. Komanda əvvəlki 11 görüşdə 5 qələbə qazanıb, 4 heç-heçə edib və 2 dəfə uduzub. Səfərdə 17 qol vuran “Qəbələ” futbolçuları 11 top buraxıblar.

Bu matçlarda vurulan 41 qola “Qəbələ”nin 26 futbolçusu imza atıb. Daha bir dəfə rəqib futbolçu avtoqol müəllifi olub.  “Qəbələ”nin “Sumqayıt”la görüşlərdəki bombardiri Viktor Mendidir. O, 7 dəfə rəqib qapısına yol tapıb. Aleksey Qay və Dodo hərəyə 3, Umar Kalabane, Baqali Dabo, Cavid Hüseynov və Lorenzo Ebesilio isə 2 qol vurublar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30