6 Sentyabr 2026, Bazar günü
"Neftçi” liderliyə yüksəldi
"Qəbələ" və "Şamaxı"dan qələbə
Əfran İsmayılovun israfçılığı...
"Zirə"dən növbəti transfer

Ölkə futbolu

Topaz Premyer Liqasında yenə 8 komanda: “Kəpəz”in əvəzinə “Sabah”?

Topaz Premyer Liqada növbəti mövsümdə komanda sayı artırılmayacaq.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov qurumun İcraiyyə Komitəsinin iclasından sonra təşkil etdiyi brifinqdə açıqlama verib.

O, İcraiyyə Komitəsinin birinci divizion təmsilçilərindən ancaq "Sabah"ın sənədlərini məqbul saydığını deyib: "Lakin bu komandanın Premyer Liqada sonuncu yeri tutan "Kəpəz"i əvəzləyib-əvəzləməyəcəyinə AFFA-nın Lisenziyalaşdırma Qrupu qərar verəcək. Bu isə sabahkı iclasda bəlli olacaq".

Xatırladaq ki, birinci divizionun qalibi "Xəzər" olub. Lakin görünən odur ki, əvvəlki illərdə olduğu kimi, yenə birinci divizionun çempionu Premyer Liqaya buraxılmayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30