16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"Qarabağ"ın uğurlu seriyası qırıldı

26-cı turda “Neftçi” ilə qarşılaşan “Qarabağ”ın Topaz Premyer Liqasındakı 3 uğurlu seriyası qırılıb.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Qurban Qurbanovun komandası həm çempionatda, həm də evdə 17 matçlıq məğlubiyyətsizliyinin qırılmasına üzülüb. Bu seriyaları qıran Tərlan Əhmədovun baş məşqçisi olduğu “Neftçi” isə son illərin çempionu ilə görüşlərdəki qələbəsizlik seriyasına da son qoyub.

Ağdam təmsilçisi bu oyunadək mövsümdə yeganə olan məğlubiyyətlərini 2017-ci il oktyabrın 22-də almışdı. “Qəbələ”yə səfərdəki 0:1 hesablı məğlubiyyətdən 196 gün sonra xalsız qalan Ağdam klubu ardıcıl 17 oyunda uduzmamışdı. Bu matçlarda “Qarabağ” 13 qələbə qazanıb, 4 heç-heçə edib.

Ağdam klubu həm də cari mövsümdə ilk ev məğlubiyyətini alıb. Əvvəlki 13 görüşdə 10 qələbə qazanıb, 3 heç-heçə edən Qurbanovun komandasının ilk uğursuzluğu öz meydanındakı son matça təsadüf edib. Maraqlıdır ki, evdəki məğlubiyyətsizlik də 17 oyun sürüb. Sonuncu dəfə ötən il fevralın 28-də “İnter”ə (indiki “Keşlə”) 0:1 hesabı ilə uduzan “Qarabağ” 432 gündən sonra evdə xalsız qalıb. Bu müddətdə komanda 13 qələbə qazanıb, 4 heç-heçə edib.

“Neftçi” “İnter”dən sonra 2015-ci ildə inşa olunan “Azersun Arena”da qələbə qazanan 2-ci komanda olub. Belə ki, bu stadiona köçəndən sonra “Qarabağ” yalnız bu iki görüşdə uduzub.

“Neftçi”nin “Qarabağ” ilə görüşlərdəki uğursuz seriyası da qırılıb. Tərlan Əhmədovun yetirmələri 9 oyundur yenə bilmədikləri Ağdam təmsilçisini 889 gündən sonra məğlub edib. “Qarabağ” “ağ-qaralar”a sonuncu dəfə 2015-ci il noyabrın 29-da məğlub olmuşdu - 0:1. Bu müddətdə ağdamlılar 7 qələbə qazanıb, 2 heç-heç etmişdi.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30