24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Fariz Nəcəfov: “Qəbələ”də yalnız futbolçu deyil, məşqçi də yetişdiririk”

AFFA Gənclər Liqasının qalibi olan "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov jurnalistlər üçün brifinq keçirib.

- Açığı, "Qarabağ”la çempionatdakı əvvəlki matçlarımız daha maraqlı keçmişdi. Həlledici oyun idi və bu üzdən futbolçularda həyəcan var idi. Heç-heçə bizə çempion olmaq üçün sərf edirdi. İstənilən halda, bu uşaqlar öz balalarımızdı. Onlar Azərbaycanın gələcəyi olacaqlar. Bu futbolçular əvvəlcə əvəzedici, daha sonra əsas komanda üçün oynayacaqlar. Bu yaşda çempionluq vacib deyil. Əsas odur ki, yaxşı futbolçu yetişdirəsən. Amma uşaqların çempionluğun dadını bilmələri və əzmkar olmaları üçün titul da vacib sayılır.

- Ötən mövsüm "Qarabağ” UEFA Gənclər Liqasında çıxışı üçün heyətinə bir neçə legioner qatdı. "Qəbələ” bu praktikadan yararlanacaq?

- Mən də istərdim ki, bu turnirdə uğurlu çıxış edək. Ancaq legioner gətirməyin tərəfdarı deyiləm. Öz yerli futbolçularmızın təcrübə qazanmalarını istəyirəm.

- "Qəbələ” oyunda qapıya ilk zərbəni 44-cü dəqiqədə vurdu. Komandanın potensialı budu, yoxsa həyəcandan irəli gəlirdi?

- Bir qədər öncə vurğuladığım kimi, "Qarabağ”la ötən oyunlarımız gərgin olmuşdu. Hesab bizə sərf edirdi və müdafiədən oynayırdıq. Əvvəlki  matçlara baxmışam. Komanda şəklində yaxşı futbol oynayırıq. Heyətimizdə yaxşı futbolçular da var. Sadəcə, bu gün dağıdıcı oyun nümayiş etdirdik.

- UEFA Gənclər Liqasında komandanın baş məşqçi postunda Famil Xəlilov qalacaq, yoxsa daha təcrübəli baş məşqçiyə, əcnəbi mütəxəssisəs güvənəcəksiz?

- Biz "Qəbələ”də yalnız futbolçu deyil, məşqçi də yetişdiririk. Famil müəllim də təcrübə toplamalıdı. Azərbaycanda qala-qala buna nail ola bilməz. Ancaq bu qərarları akademiyamızın direktoru verir. Biz də onun təkliflərini dəyərləndiririk. Ancaq mən Xəlilovun qalmasının tərəfdarıyam. Məşqçilər də təcrübə toplamalıdı.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30