28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Fariz Nəcəfov: “Belə qərarları tək mən yox, Tale Heydərov verir”

"Çempionatda "Qarabağ"la son ev oyunumuzun Bakıda keçirilməsi ilə bağlı Peşəkar Futbol Liqasından bizə rəsmi müraciət daxil olmayıb".

Futbolxeber.az saytının məlumatına görə, "Report"a açıqlamasında "Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov Azərbaycan Premyer Liqasının XXVIII turunda "Qarabağ"la keçirəcəkləri oyunun Bakıda təşkilinin mümkünlüyünə dair xəbərlərə münasibət bildirərkən deyib.

F.Nəcəfov bu varianta hələlik razılıq vermədiklərini sözlərinə əlavə edib: "Məsələyə PFL-in bizə müraciətindən sonra aydınlıq gələcək. Belə qərarları tək mən yox, klub prezidenti Tale Heydərov verir. Eyni zamanda komandamızın baş məşqçisi Roman Qriqorçukun da fikri önəmlidir. Bizə müraciət daxil olsa, bu məsələni müzakirə edərik".

"Qəbələ" rəsmisi bu məsələnin hələ klub daxilində müzakirə olunmadığını da diqqətə çatdırıb: "Son oyunun əhəmiyyətindən çox şey asılıdır. Çempionatda həmin vaxta kimi hər şey həll olunarsa, kimin neçənci yer tutacağı tam müəyyənləşərsə, o halda bu barədə danışmaq olar. İndiki halda isə yox".

Qeyd edək ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlamasında Premyer Liqada son turun "Qəbələ" - "Qarabağ" matçının Bakıda keçirilməsinin mümkünlüyünü dilə gətirib. O, səbəb kimi "Qarabağ"a çempionluq kubokunu digər medalçılarla birgə təqdim etmək istəmələrini göstərib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31