25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Yunis Hüseynov: "Oyunçularıma kənardan təzyiqlər var"

"Kəpəz"in baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqanın 25-ci turunda “Qəbələ”yə 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli mütəxəssis əvvəlcə məğlubiyyəti şərh edib.

- Həmişəki kimi qalib gəlmək istəyirdik. Oyuna 2-3 saat qalmış Qəbələyə Gəncədən avtobusla gəlmişdik. Bunu bəhanə etmirəm. Oyunun əvvəlində qol imkanlarımızdan yararlana bilmədik. Bu zaman rəqib qapımıza tərəf gəlmirdi. Əks-hücumlarda oynamaq istəyirdik. Ancaq rəqib bizi əks-hücumlarda yaxaladı. Bu zaman futbolçuların fərdi ustalıq keyfiyyətləri öz sözünü dedi. Səhvlərimiz bizə baha başa gəldi. Dario oyunun əvvəlində yüzfaizli qol şansından yararlansaydı, 3 xal bizim olacaqdı.

- Mövsümün sonu yaxınlaşır. Komandanızda çoxmu dəyişiklər olacaq?

- Bunu deyə bilmərəm. Planlar gələcəyin işidir.

- Bu gün "Kəpəz"in birinci diviziona düşməsi rəsmiləşir...

- Yəqin ki, komanda sayını artırarlar. PFL-in qərarını gözləyirik. Premyer Liqada qalsaq, çalışarıq ki, yaxşı komanda düzəldək. Ancaq desələr ki, 8 komanda qalır, biz düşə bilərik.

- Deyəsən, "Kəpəz"in Premyer Liqada qalmasıyla bağlı arxayınlıq var...

- İnşallah, qalarıq. Regionda futbol olmasa, inkişaf olmayacaq. Azarkeşlərin stadionlara gəlməsi futbolçulara əlavə ruh yüksəkliyi verir. Bakı komandalarının sayının çox olması futbolun inkişafını çətinləşdirir. Həmişə demişəm ki, 8 komandalı çempionat futbolumuza ziyandır. Komandaların sayı artırılmalıdır. O vaxtlar bölgə komandalarımız çox idi. Onda futbolçularda qorxu, həyəcan var idi, güclü rəqabət olurdu. 8 yox, 12-14 komanda olsa, çempionatın səviyyəsi qalxar. Bu zaman zəif komanda olmayacaq.

- Şadon Vinçesterlə Dieqo Souzanın yoxluğu zədəylə bağlıdır?

- Bəli. Vinçesterin zədəsi ciddidir. Xahiş edirəm ki, məlumatı dəqiqləşdirib yazardınız. Elə şey olmayıb ki, Dieqo həkimə gedəndə içkili olub. Belə şey olsa, mənə sübut etsəniz, onun biletini dərhal alıb qovaram. Hər şeyi dəqiqləşdirmişəm. "Səbail"lə oyundan sonra da komandama qarşı belə şeylər yazılmışdı. Əsas futbolçularımıza zəng ediblər, onlar da meydana çıxmaq istəyiblər. Oyunçularıma kənardan təzyiqlər var. Açıb hər şeyi desəm...

- Roman Hüseynovun müqaviləylə məxsus olduğu "Qəbələ"yə qarşı oynaması nəylə bağlıdır?

- Onu oynatmaq futbolçunun xeyrinədi. İki klub arasında razılıq olur. "Qəbələ"ylə aramızda razılaşma olmayıb ki, Roman onlara qarşı oynamasın (sport24.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30