19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

"Qəbələ"yə sürpriz edə bilməyəcəyik"

Topaz Premyer Liqasının 25-ci turunda evdə “Neftçi”yə qalib gələn (2:1) “Keşlə”nin baş məşqçisi Yuri Maksimov oyundan sonra mətbuat konfransı keçirib.

Futbolxeber.az saytının məlumatına görə, əvvəlcə qələbəni şərh edən ukraynalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Uşaqlara təşəkkür edirəm. Vaqif Cavadovun oğlu dünyaya gəlib. Uşaqlar bu qələbəni ona həsr etdilər. Onlara deyirəm ki, formanın arxasında sizin adınız var. Siz öz adınız üçün, ailəniz üçün oynamalısınız. Buna görə onlar meydanda sona kimi mübarizə aparırlar. Qələbəyə görə hər birinə təşəkkür edirəm.

- Fasilədə Kamran Ağayevi əvəzləməyinizə səbəb nə idi?

- Onun ayağı burxulmuşdu. Buna görə əvəzlənməyini istədi.

- İlk hissənin sonunda Kamran Slavik Alxasova söyüş söydü. Daha sonra ehtiyat oyunçular skamyasında əyləşmiş oyunçulardan kimləsə mübahisə etdi. Əvəzləməyə səbəb bu deyildi?

- Onu zədəsinə görə əvəzlədim. O ki qaldı mübahisəyə, bu, komanda daxilində olan bir şeydir. Ehtiyat oyunçular skamyasında olmamasının səbəbi onun həkimlə getməsi idi.

- Növbəti turda “Qəbələ” ilə qarşılaşacaqsınız. Kubokun finalında da bu komanda ilə üz-üzə gələcəksiniz...

- Biz sürpriz edə bilməyəcəyik. Çünki komandada zədəli oyunçularımız var. Heyətimiz kasaddır. Futbolçularıma da deyirəm ki, çıxın öz adınız üçün oynayın.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30