19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Qəbələ"dən növbəti çempionluq

“Qəbələ” Futbol Akademiyası 2017/18 mövsümündə 2-ci titulunu qazanıb.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, 16 yaşadək futbolçulardan ibarət komanda AFFA-nın təşkil etdiyi “U-16 Liqası”nın çempionu olub.

“Qırmızı-qaralar” qızıl medalları XXIX turda rəsmiləşdirib. Evdə “Qarabağ”a 3:1 hesabı ilə qalib gələn “Qəbələ” turnirin sonuna 4 tur qalmış çempionluğu təmin edib. Keçirdiyi 26 matçda 20 qələbə qazanıb, 4 heç-heçə edib, 2 dəfə məğlub olan komanda 69 qol vurub, 18-ni buraxıb. 64 xala malik “Qəbələ” ən yaxın izləyicisi “Vətən”i 14 xal qabaqlayır.

Bu, “Qəbələ”nin U-16 Liqasında 5-ci zəfəridir. Komanda 2012/13, 2013/14, 2015/16 və 2016/17 mövsümlərində də çempionluq sevinci yaşayıb. 2011/12 və 2014/15 mövsümlərində isə “qırmızı-qaralar” gümüş medala yiyələnib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30