20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

AFFA 2 futbolçunu əfv, Samir Abasova xəbərdarlıq etdi

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, Topaz Premyer Liqanın 24-cü turunda keçirilmiş oyunlarla bağlı müəyyən qərarlar qəbul olunub.

“Neftçi” - “Qəbələ” matçının 63-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Emin Mahmudov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalanıb. Lakin oyunun video yazısına baxıldıqda hakimin epizodu düzgün qiymətləndirmədiyi müəyyən olunub.  Oyunun video yazısını izlədikdən sonra İntizam Komitəsi Mahmudova verilən ikinci sarı vərəqəni ləğv edib.

“Keşlə” - “Zirə” matçının 45-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Orxan Sadıqlı qeyri-idman hərəkətinə görə sarı vərəqə ilə cəzalanıb. Lakin oyunun video yazısına baxıldıqda hakimin epizodu düzgün qiymətləndirmədiyi müəyyən olunub. Oyunun video yazısını izlədikdən sonra İntizam Komitəsi Sadıqlının sarı vərəqəsini ləğv edib.

“Sumqayıt” - “Qarabağ” matçı başa çatdıqdan sonra “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov, məşqçisi Seymur Rəhimov və rəsmi şəxsi Elnur İbişov hakimə qarşı emosional tərzdə etiraz ediblər. Bu səbəbdən adları çəkilən şəxslərə xəbərdarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə şəxslər cəzalanacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30